Xalq artistinin Türkiyədə konsert proqramı

 

   Xalq artisti Nəzakət Teymurova Türkiyənin Samsun şəhərində beynəlxalq musiqi və səhnə sənətləri festivalı çərçivəsində konsert proqramı ilə çıxış edib. Xanəndəni Xalq artisti Əliağa Sədiyevin rəhbərliyi ilə “Xarı bülbül” ansamblı müşayiət edib. Xalq və bəstəkar mahnıları ilə yanaşı, muğamlarımızdan parçaların da təqdim olunduğu konsert alqışlarla qarşılanıb.

 

Mədəniyyət.- 2013.- 5 iyun.- S. 3.